Çempionlar Liqasında “Neftçi”yə “Dinamo” rəqib oldu

Çempionlar Liqasında “Neftçi”yə “Dinamo” rəqib oldu
Futbol
15 İyun 2021 - 14:15
Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

İsveçrənin Nyon şəhərindəki təşkil olunan tədbirdə son Azərbaycan çempionu "Neftçi"nin də rəqibi müəyyənləşib. Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" bu mərhələdə "Dinamo" (Tbilisi, Gürcüstan) ilə üz-üzə gələcək. Təmsilçimiz ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, ilk oyun iyulun 6-da Tbilisidə, cavab matçı isə iyulun 13-də Bakıda keçiriləcək.

 

 

Digər xəbərlər