"Ağdam" - "Şuşa": gərgin, əsəbi, qollu oyun - Foto-Video

"Ağdam" - "Şuşa": gərgin, əsəbi, qollu oyun - Foto-Video
Futbol, Eksklüziv, Video, Foto
12 İyun 2021 - 11:51
Supersport.Az Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turnirinin oyunundan videogörüntü hazırlayıb.

"Ağdam" - "Şuşa" matçı gərgin, əsəbi, qollu keçib. Qarşılaşmanın ilk dəqiqələrini "CBC Sport"da çalışan Rüstəm Əfsərli şərh edib.


Oyun zamanı Ağdam komandasının futbolçusu Gündüz Abbaszadəylə hakim arasında söz atışması olub. Abbaszadə etiraza görə sarı vərəqəylə cəzalanıb.

Şuşa təmsilçisinin qolkiperi Ayaz Qurbanov ciddi zədə alıb. Həkimlərin yardımıyla Qurbanov ayağa qalxa bilib. Lakin o, oyunu yarımçıq qoymalı olub.

Yarışın favoritlərindən hesab edilən "Ağdam" "Şuşa"yla qarşılaşmada 3 qolla qalib gəlib.

Şəkilləri Dilavər Nəcəfov çəkib.







Digər xəbərlər