"Qarabağ"ın qaytarmaq istədiyi Dino Ndlovunun qiyməti

"Qarabağ"ın qaytarmaq istədiyi Dino Ndlovunun qiyməti
Futbol, Eksklüziv
12 İyun 2021 - 09:19
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" keçmiş futbolçusu Dino Ndlovunu yenidən heyətə cəlb etməyə çalışır.

Hələ ki, tərəflər razılığa gələ biməyiblər. Dinonun qiyməti 525 min avrodur. Yaxın günlərdə futbolçuyla bağlı qərar veriləcəyi gözlənilir.

31 yaşlı hücumçu ilə Türkiyə birinci liqa təmsilçisi "Kocaelispor" da maraqlanır.

Dino 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib, komandasını Çempionlar Liqası qrupuna daşmaqda böyük rol oynayıb. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən "Çjetszyan Qrintaun"a transfer olunub. Afrikalı forvard Çində 5155 dəqiqə meydanda olub, 60 oyunda 40 qol vurub, 7 effektli ötürmə verib. O, apreldən klubla yollarını ayırıb və hazırda azad agentdir.

 

Digər xəbərlər