Mahir Emreli “Legiya”nın stadionunu gəzdi: müqavilə bağlayacaq

Mahir Emreli “Legiya”nın stadionunu gəzdi: müqavilə bağlayacaq
Futbol, Eksklüziv
08 İyun 2021 - 05:38
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli bu gün Polşa çempionu  “Legiya” klubuyla müqavilə imzalaya bilər. 23 yaşlı hücumçuyla 3+1 il müddətinə kontrakt nəzərdə tutulub.

Dünən tibbi müayinə və müxtəlif testlərdən keçən futbolçuyla bağlı müsbət rəy verilib.

Supersport.Az-ın Varşavadakı müxbiri Vüsal Şirəliyevin verdiyi məlumata görə, Mahir Emreli ötən gün Çempionlar Liqasında mübarizə aparacaq “Legiya”nın stadionunu gəzib.

Futbolçu klubla müqavilə bağladıqdan sonra komandanın məşqinə qoşulacaq.

 

 

 

Digər xəbərlər