Eksklüziv: Mahir Emreli “Legiya”da tibbi yoxlamadan keçdi

Eksklüziv: Mahir Emreli “Legiya”da tibbi yoxlamadan keçdi
Futbol, Eksklüziv
07 İyun 2021 - 16:13
Supersport.Az-ın xəbərinə görə, Polşanın "Legiya" klubunun düşərgəsində olan Mahir Emreli bu gün tibbi müayinədən keçib.

Bu haqda saytımıza Varşavada olan müxbirimiz məlumat verib. Tibbi müayinə zamanı Mahir Emrelinin səhhətinin normal olduğu məlum olub.

Millimizin futbolçusu yaxın günlərdə Polşa klubuyla 3 illik müqavilə imzalayacaq.

"Qarabağ"dan ayrılan Azərbaycan yığmasının üzvü "Legiya"ya azad agent kimi keçib.

Vüsal Şirəliyev, Varşava

 

 

Digər xəbərlər