Boksçumuzdan Tokio Olimpiadasına vəsiqə

Boksçumuzdan Tokio Olimpiadasına vəsiqə
Digər, Boks
05 İyun 2021 - 22:23
Supersport.Az-ın məlumatına görə, dünya çempionu Cavid Çələbiyev Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesi (İrlandiya) məğlub edib.

Cavid Çələbiyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş olimpiadaya da qatılıb.

Xatırladaq ki, buna qədər yığmamızın üzvü Tayfur Əliyev "Tokio-2020"yə lisenziya əldə edib.

Digər xəbərlər