İrina çempion, Rafael ikinci oldu

İrina çempion, Rafael ikinci oldu
Karate, Digər
22 May 2021 - 21:27
Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Supersport.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Ağayev ikinci yerlə kifayətlənib və gümüş medal qazanıb.

Daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə gümüş medal əldə edib.

Digər xəbərlər