Çempionlar Liqasında ilk finalçı məlum oldu - Video

Çempionlar Liqasında ilk finalçı məlum oldu - Video
Futbol, Video
05 May 2021 - 02:58



Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Supersport.Az xəbər verir ki, turnirin ilk finalçısı İngiltərədə müəyyənləşib. "Mançester Siti" Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ-ni qəbul edib və qalib gəlib - 2:0. "Şəhərlilər" qələbə sayəsində finala adlayıb.

Digər yarımfinal görüşündə "Çelsi" "Real"ı qəbul edəcək. Madriddə keçirilən ilk görüş heç-heçə ilə başa çatıb - 1:1.

23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) -2:0

Qollar: Riyad Mahrez, 11, 63

Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)

İlk oyun - 2:1







Digər xəbərlər