“Qarabağ”ın gəliri, zərərləri

“Qarabağ”ın gəliri, zərərləri
Futbol
04 May 2021 - 19:19
“Qarabağ” maliyyə göstəricilərini təqdim edib. 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, komanda 2020-ci ili 3 milyon 491 min 100 manat zərərlə başa vurub.

2019-cu ildə ziyan 1 milyon 92 min 700 manatdır. 

Ötən il "Qarabağ" 12 milyon 584 min 700 manat, əvvəlki il isə 8 milyon 620 min 700 manat qazanıb.

İl ərzində klubun xərcləri 6 milyon 222 min 300 manat azalaraq 16 milyon 75 min 800 manat olub. Bunun 9 milyon 11 min 800 manatı əmək haqqı və mükafat verilməsinə, 707 min 909 manatı əsas vəsaitlərin amortizasiyasına, 1 milyon 723 min 600 qeyri-maddi aktivlərin köhnəlməsinə, 4 milyon 623 min 500 manatı isə sair əməliyyatlara yönəldilib.

Bu il yanvarın 1-də "Qarabağ" klubunun aktivləri və öhdəlikləri 29 milyon 683 min olub ki, bu da əvvəlki ilə nisbətən 9 milyon 396 min 600 manat az olub.

Digər xəbərlər