Çempionlar Liqasında maraqlı duel

Çempionlar Liqasında maraqlı duel
Futbol
04 May 2021 - 13:33
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları başlayacaq.

Supersport.Az xəbər verir ki, "Mançester Siti" doğma meydanda PSJ-ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tərəflər arasında ilk matç "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sabah isə "Real" "Çelsi"nin qonağı olacaq (ilk oyun 1:1).

Çempionlar Liqası, yarımfinal mərhələsinin cavab oyunları

4 may

23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)

5 may

23:00. "Çelsi" (İngiltərə) - "Real" (İspaniya)

Digər xəbərlər