"Sumqayıt" "Qarabağ"ı penaltilərlə finala buraxmadı - Video

"Sumqayıt" "Qarabağ"ı penaltilərlə finala buraxmadı - Video
Futbol, Video
29 Aprel 2021 - 21:29
Supersport.Az ölkə kubokunun yarımfinal mərhələsində "Qarabağ" - "Sumqayıt" oyununda penaltilər seriyasında vurulan qolları təqdim edir.

Matçın əsas və əlavə vaxtı, ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaqlar tarixində 2-ci dəfə finala yüksəlib.
"Qarabağ"ın heyətində 11 metrlik cərimə zərbələrini Maksim Medvedev, Toral Bayramov, Qara Qarayev və Xayme Romero dəqiq yerinə yetirib. Patrik Andradenin zərbəsini qonaqların qapıçısı Aydın Bayramov geri qaytarıb. Kevin Medinanın vurduğu top isə qapı tirinə tuş gəlib.

"Sumqayıt"da isə Cəmaləddin Xocaniyazov, Vurğun Hüseynov, Xəyal Nəcəfov, Höccət Haqverdi və Vüqar Mustafayev penaltini qola çevirib. Elvin Məmmədovun zərbəsi isə qapı tirindən qayıdıb.


 

Digər xəbərlər