Pəhləvanımız finalda

Pəhləvanımız finalda
Digər, Güləş
23 Aprel 2021 - 23:34
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Supersport.Aaz xəbər verir ki, 55 kq-da çıxış edən Avropa və dünya çempionu finala gedən yolda Rusiya təmsilçisi Emin Seferşayevlə üz-üzə gəlib.

Rəqibinə 4:5 hesabı ilə məğlub olan Əzizli həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. O, sabah bürünc medal uğrunda güləşəcək.

63 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov isə yarımfinalda latviyalı Aleksandrs Yurkyansa 7:1 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə Avropa çempionatının finalına adlayıb. Onun qızıl medal qarşılaşmasındakı rəqibi Rusiya təmsilçisi Cambolat Lokyayev olacaq.

77 kq-da çıxış edən Sənan Süleymanovun 1/4 finalda uduzduğu türkiyəli Yunus Emre Başar finala yüksəldiyindən, son Avropa çempionu təsəlliverici görüşdə Ermənistan güləşçisi Varujan Qriqoryanla qüvvəsini sınayacaq.

Digər xəbərlər