Türklər AFFA-nı öyrədir

Türklər AFFA-nı öyrədir
Futbol
12 Aprel 2021 - 21:01

Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov, AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst Türkiyənin İstanbul şəhərində səfərdə olublar.




Supersport.Az-ın milli qurumun saytına istinadən məlumatın görə, məqsəd TFF-nin də tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq və ölkəmizdə istifadəsi baxımından görüləcək işlərə hazırlıqdır. Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.
Qeyd edək ki, VAR-ın ölkəmizdə tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.


Digər xəbərlər