Avropa çempionatında iki medal

Avropa çempionatında iki medal
Digər, Taekvondo
12 Aprel 2021 - 15:05
Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatınında mübarizəni başa vurublar.


Supersport.Az-ın məlumatına görə, sonuncu yarış günündə Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) çıxış edib.


Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub - 13:14.


İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçi 22:10 hesabı ilə yensə də, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib - 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.


Azərbaycan yığması isə Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) isə bürünc medalla kifayətlənib.

Digər xəbərlər