"Bütün dünya penalti olduğunu gördü" - Foto

"Bütün dünya penalti olduğunu gördü" - Foto
Futbol, Foto
11 Aprel 2021 - 14:28
İspaniya La Liqasının 30-cu turunda səfərdə "Real"a 1:2 hesabı ilə uduzan "Barselona"nın baş məşqçisi Ronald Kuman oyundan sonra mətbuat konfransında iştirak edib.

Supersport.Az xəbər verir ki, niderlandlı mütəxəssis məğlubiyyəti şərh edib və hakim qərarlarından narazı olduğunu deyib:

"Breytveytin 83-cü dəqiqədəki epizodunda bütün dünya gördü ki, penaltidir. Əgər VAR belə epizodları incələməyəcksə, nəyə lazımdır? Mən matçlarda hakimlərin doğru qərarlar verməsini istəyirəm. Hə, bir də oyunun əsas vaxtına 4 dəqiqə əlavə olundu və bu da çox az idi. Hakimin qərarlarına görə komanda məyusdur.

İlk hissədə yaxşı çıxış etmədik. İkinci hissədə yaxşı səviyyədə oynadıq və bunun fərqindəyik. Müdafiə xəttindən razı qalmadım. Hücumda dişsizlik var. Çempionluq yolunda inamlıyıq və mən də komandaya güvənirəm. Mübarizə apardığımızı göstərdik. Sona qədər mübarizə aparacağıq".

Digər xəbərlər