UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində növbəti matçlar bu gün oynanılıb.
Supersport.Az xəbər verir ki, ikinci oyun günündə 2 görüş keçirilib.
“Portu” doğma meydanda “Çelsi”ni qəbul edib. Portuqaliya təmsilçisi İngiltərə klubuna məğlub olub.
PSJ isə Münhendə “Bayern”ə qalib gəlib.
7 aprel (çərşənbə)
Çempionlar Liqası
1/4 finalın ilk oyunları
23:00. “Bayern” (Almaniya) – PSJ (Fransa) – 2:3
Qollar: Mbappe, 3 (0:1), Markinyos, 28 (0:2), Şupo-Motinq, 37 (1:2), Müller, 60 (2:2), Mbappe 68
23:00. “Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə) – 0:2
Qollar: Mount, 32, Çiluell 85.
Cavab oyunları aprelin 14-ü keçiriləcək.
6 aprel (çərşənbə axşamı)
“Real” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) – 3:1
“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 2:1
Cavab oyunları aprelin 13-ü keçiriləcək.