Çempionlar Liqası: Meydan sahiblərinin qələbəsi

Çempionlar Liqası: Meydan sahiblərinin qələbəsi
Futbol
07 Aprel 2021 - 01:01
Çempionlar Liqasında 1/4 final mərhələsinin lk oyun günündə iki qarşılaşma keçirilib.

Supersport.Az xəbər verir ki, “Mançester Siti” evdə Dortmund “Borussiya”sını sınağa çəkib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçı İspaniyada keçirilib. Madrid “Real”ı “Liverpul”la üz-üzə gəlib. "Kral klubu" rəqibini 3:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
1/4 final (ilk oyunlar)

23:00. "Real Madrid" - "Liverpul" (İngiltərə) - 3:1
Qollar:
Vinisius, 27, 65, Asensio, 36, - Salah, 51

23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya) - 2:1
Qollar:
De Bruyne, 19, Foden, 90 - Roys, 84

Digər xəbərlər