Türkiyə yığmasında koronavirus şoku

Türkiyə yığmasında koronavirus şoku
Futbol
02 Aprel 2021 - 17:30
Türkiyə futbol millisində koronavirus xəstələrinin sayı 13-ə çatıb.

Supersport.Az xəbər verir ki, son olaraq "Fortuna" klubunda çıxış edən Kenan Karamanın testi müsbət çıxıb.

Klub 27 yaşlı hücumçunun yığmanın toplanışından qayıtdıqdan sonra evində karantinə alındığını açıqlayıb.

Daha əvvəl İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç virusa yoluxduqları üçün heyətdən çıxarılıblar. Digər 4-nün adı isə bəlli deyil.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün ümumilikdə 32 futbolçuya dəvət göndərmişdi.

Digər xəbərlər