İlk gündə bir medal

İlk gündə bir medal
Digər, Cüdo
01 Aprel 2021 - 23:47



Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" yarışına start verilib. 93 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edir.

Supersport.Az-ın məlumatına görə, yarışın ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.
"Böyük Dəbilqə"yə aprelin 3-də yekun vurulacaq.






Azərbaycan cüdoçusu Antalyada bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Antalyada bürünc medal qazanıb


 

Digər xəbərlər