"Türkiyə Norveçə böyük dərs verdi"

"Türkiyə Norveçə böyük dərs verdi"
Futbol
28 Mart 2021 - 19:11
Supersport.Az-ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin ikinci oyununda Türkiyəyə təslim olan Norveç futbol yığmasının baş məşqçisi Stale Solbakken zəif olduqlarını etiraf edib.

53 yaşlı mütəxəssis türklərdən dərs aldıqlarını bildirib:

"Böyük dərs aldıq. Kritik epizodlarda qərarsızdıq, sərt deyildik. Daha həvəsli, istəkli, əzmkar olmalıyıq. İki komanda arasında böyük fərq bu idi. Futbolda cərimə meydançanı hərtərəfli müdafiə etməyə çalışırsan. Belə qollar buraxmaq, buna imkam vermək olmaz. Üç axmaq qol buraxdıq. Künc zərbəsindən 2-ci qolu qapımızda görmək dəhşətdir.

Monteneqro və Niderlandı məğlub etməliyik. Birinci matç kiçik final olacaq. Növbəti qələbəylə dönüş etmək mümkündür".

Digər xəbərlər