”Türkiyə də xoşbəxtdir” - Şenol Günəş

”Türkiyə də xoşbəxtdir” - Şenol Günəş
Futbol
28 Mart 2021 - 02:21
“Hələ işin əvvəlindəyik. Hər gün yeni bir ümidlə yola çıxırıq. 6 xal toplamaq gözəldir. Coşqulu və istəkli oynadıq. Futbolçularımı təbrik edirəm”.

Supersport.Az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsində Norveçlə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfərdə qazanılan 3:0 hesablı qələbəni belə şərh edib:

“3 gözəl qol vurduq. Rəqib iki hücumçu ilə bizə təzyiq edirdi, amma ona uyğun da plan qurduq. Mən xoşbəxtəm. Komandam və bütün Türkiyə də xoşbəxtdir. İndi Latviya ilə oyuna köklənəcəyik. Nə eyforiyaya düşəcəyik, nə də çəkinəcəyik. Daha çətin oyunumuz gəlir. Bizim məqsədimiz bəllidir. Uğurlu nəticələr qazanmaq istəyirik. Latviya ilə oyundan sonra “Avro-2020” gəlir. Daha sonra yenidən dünya çempionatının seçmə oyunları. Ozan Tufan oyundan çıxanda “hələ indi başlayrısan” dedim”.

Xatırladaq ki, seçmə mərhələdə keçirdiyi hər iki oyunda qalib gələn "ay-ulduzlular" 6 xalla qrup lideridir.

Digər xəbərlər