Qətərdən Azərbaycan yığmasına sillə

Qətərdən Azərbaycan yığmasına sillə
Futbol
27 Mart 2021 - 22:51
Azərbaycanın futbol millisi bu gün beynəlxalq yoldaşlıq oyununda Qətər yığması ilə qüvvəsini sınayıb.

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşıb. Rəqib komanda 2:1 hesabıyla qalib gəlib.

Bundan əvvəl 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqa bir qolla qalib gəlib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər - Azərbaycan 2-1 

Qol: Al Haydos 55 (pen), 58 - Ramil Şeydayev, 16 - pen.

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Elamin, 16. Khoukhi, 15. Al Ravi, 7. Alaaeldin, 23, Al Haj Madibo, 20. Abdulsalam, 4. Vaad, 10. Al Haydos (k), 19. Ali

Ehtiyat oyunçular: 21. Mahmoud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatim, 8. Tameem Hatem, 9. Moayed Hassan Fedaili, 10. Mosaab Khoder, 11. Mohammed Muntari, 12. Karim Boudiaf, 14. Salem Al-Hajri, 17. İsmail Mohamed

Azərbaycan: 1. Emil Balayev, 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Şahrudin Məhəmmədəliyev, 3. Amin Seydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namiq Ələskərov

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

Digər xəbərlər