Şenol Güneş: "İman gücümüzlə oynayacağıq"

Şenol Güneş: "İman gücümüzlə oynayacağıq"
Futbol
27 Mart 2021 - 00:33
Supersport.Az-ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin ikinci turunda bu gün İspaniyada Norveç yığmasının qonağı olacaq Türkiyə millisinin baş məşqçisi Şenol Günəş fikirlərini bildirib.

Təcrübəli mütəxəssis bu rəqibi də məğlub etmək üçün bütün güclərini sərf edəcəklərini söyləyib:

"Niderlandla oyun necə vacib idisə, Norveçlə matç da belə olacaq. Gücümüz var, çətinlikləri keçərək gələcəyik. Norveç yığması qüvvətli komandadır. Son illər yüksələn dəyəri var. Dünya səviyyəsində oyunçularının qiyməti artıb. Norveç məhdudiyyətlər səbəbindən iki oyunu İspaniyada oynadı. Daha əvvəl texniki məğlubiyyət almışdılar. Bu səfər mükafat kimi oldu. Türkiyə də ev oyunlarını Qazaxıstana təyin edəcək ora gəlsinlər. 


Türkiyəni təmsil edirik. Əvvəldən komandanı ailə kimi qurmağa çalışdıq. Ümid edib qalib dönmək istəyirik.

Bəzi problemlərimiz olsa da, həm iman, fiziki, həm də psixoloji gücümüzü sərf edib ürəklə, azarkeşlərimizi də düşünərək mübarizə aparacağıq. 

Avropada oyunçularımız var, ancaq çoxu dörd güclü çempionatdan gedənlərdir. Daha yaxşı şərtlərdə, təhsillə birlikdə, sərmayə də qoyaraq daha çox keyfiyyətli, dünya səviyyəli futbolçular hazırlaya bilirik. Bununla yanaşı prinsipləri, planları nəzərə alaraq, çox zəhmət çəkməliyik. 4 qolkiperimiz də start heyətə layiqdir. Hər gün inkişaf edirlər, səhvlərini düzəldirlər".


 

 

 

 

Digər xəbərlər