FİFA-nın keçmiş prezidenti Blatter qovuldu

FİFA-nın keçmiş prezidenti Blatter qovuldu
Futbol
26 Mart 2021 - 10:48
Supersport.Az-ın məlumatına görə, FİFA-nın 85 yaşlı isveçrəli sabiq rəhbəri Zepp Blatterə daha ağır cəza verilib.

Keçmiş prezident rüşvət aldığı səbəbindən bu dəfə 6 il 8 ay müddətinə futboldan qovulub, 1 milyon İsveçrə frankı (903 min avro) cərimələnib. Yozef Blatterin dövründə baş katib olan 60 yaşlı fransız Jerom Valke də eyni cəzayla üzləşib.

FİFA Etik Komitəsi belə qərar verib. Beynəlxalq qurumun saytı bu məlumatı yayıb.

Hər iki şəxsin başqa cəzası davam edir. Blatterə qarşı yeni qərarın icrası 2021-ci ilin oktyabrından, Valkeyə isə 2025-in oktyabrından sonra tətbiq olunacaq.

Xatırladaq ki, 2015-ci ildə beynəlxalq qurum keçmiş prezident Blatterlə UEFA-nın sabiq rəhbərinə əvvəlcə 8 il cəza versə də, sonradan 6 il müddətinə endirib.

 

Digər xəbərlər