Bu məşqçi qovulsa 40 milyon qazanacaq

Bu məşqçi qovulsa 40 milyon qazanacaq
Futbol
22 Mart 2021 - 18:51
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında Zaqreb “Dinamo”suyla bacarmayan “Tottenhem” baş məşqçisi Joze Mourinyoyla yollarını ayırmaq istəyir. İngiltərə klubu bu mövsüm qitə turnirinə vəsiqə qazanmasa, portuqaliyalı mütəxəssis istefaya göndəriləcək. Bu vəzifəyə iki namizəd olduğu bildirilir. Joze Mourinyonu “Leyptsiq”dən Julian Nagelsman və ya “Lester”in çalışdırıcısı Brendan Rocers əvəzləyə bilər. Mourinyo indiyədək kənarlaşdırıldığı klublardan 125 milyon avro təzminat alıb. “Tottenhem” onu göndərəcəyi təqdirdə, 40 milyon ödəməli olacaq.

 

 

 

 

Digər xəbərlər