“Traktor”dan növbəti qələbə

“Traktor”dan növbəti qələbə
Futbol
07 Mart 2021 - 11:11
"Traktor" İran çempionatında növbəti oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, Təbriz təmsilçisi 17-ci turda bu gün "Nassaji Mazandaran"ı qəbul edib. Matç Cənubi Azərbaycan klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Bu qələbə ilə xalını 26-ya çatdıran "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinə 34 xalla "Persepolis" başçılıq edir.

Digər xəbərlər