“Böyük Dəbilqə”də ikinci medal

“Böyük Dəbilqə”də ikinci medal
Digər, Cüdo
07 Mart 2021 - 21:21
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Özbəkistanın paytaxtı Daşkənddəki “Böyük Dəbilqə”də bürünc medal qazanıb.

Supersport.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.

Bu, Azərbaycanın “Böyük Dəbilqə”də ikinci medalı olub.

Martın 6-da Rüstəm Orucov (73 kq) da bürünc medal qazanıb.

Digər xəbərlər