Sumqayıtda qolsuz oyun, “Neftçi” bu dəfə büdrəmədi

Sumqayıtda qolsuz oyun, “Neftçi” bu dəfə büdrəmədi
Futbol
03 Mart 2021 - 20:20
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Supersport.Az xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma keçirilib.

Günün ilk matçında “Sumqayıt” meydanında "Zirə" ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb.

Turun son matçında 33 xalla 2-ci sıradakı "Neftçi" 15 xalla autsayder olan "Sabah"ı qəbul edib. Samir Abbasovun komandası Visente Qomesin klubunu məğlub edib.

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə” 0:0

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.

18:15. “Neftçi” – “Sabah” 2-1 

Qollar: Namiq Ələsgərov 44, Mirabdulla Abbasov 64 - Təmkin Xəlilzadə 90+3-pen.

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
8-ci km stadionu.

İlk oyun günündə "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız qol keçirib.









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Neftçi18113423-1836
2Qarabağ18106242-1336
3Zirə1878323-1829
4Sumqayıt1866620-2124
5Qəbələ1856716-2621
6Səbail1845918-2817
7Keşlə1837817-2716
8Sabah18431118-2615




Bombardirlər:

Mahir Emreli ("Qarabağ") - 12 qol
Namiq Ələsgərov ("Neftçi") - 11 qol
Filip Ozobiç ("Qarabağ") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol

Digər xəbərlər