"Qəbələ" Avroliqaya niyə getməməlidir?" - Video

"Qəbələ" Avroliqaya niyə getməməlidir?" - Video
Futbol, Video
02 Mart 2021 - 21:41
Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.



Supersport.Az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:

- Oyunun çətin keçəcəyini bilirdik. "Qarabağ" çempionatın favoritidir. Heyətimizdə itkilər var idi. Heyətimiz də kasad olduğu üçün rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə oldu. İlk hissədə narazı qaldığım epizodlar oldu. "Qarabağ" bizdən üstündür. Təslim olmuruq, öz oyunumuzla yuxarı pillələrə qalxmağa çalışacağıq.

- Bu mövsüm "Qəbələ"nin çıxışı göz oxşayır. Qarşınıza Avroliqaya getmək kimi bir məqsəd qoyulubmu və inanırsınızmı ki, Avroliqaya vəsiqə qazana bilərsiniz?

- Qarşımızda Avroliqaya getmək vəzifəsi qoyulmayıb. Nə olur olsun, avrokuboklara getməliyik deyə bir şey yoxdur. Öz oyunumuz var və daha da yaxşı olacağıq. Komandanın potensialı var, Avroliqaya gedə bilərik. Niyə də yox?

Süleyman Kərimov

Digər xəbərlər