Peşəkar Futbol Liqası “Neftçi” və “Keşlə” arasında keçiriləcək 2 matçın yerini dəyişdirib.
Supersport.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilib:
“Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında 3-cü dövrənin 19-cu turunun oyunu “Neftçi” – “Keşlə”, 4-cü dövrənin 25-ci turunun görüşü isə “Keşlə” – “Neftçi” olacaq”.