"Qarabağ"la "Qəbələ"də itki

"Qarabağ"la "Qəbələ"də itki
Futbol
01 Mart 2021 - 15:17
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVIII turunda qarşılaşacaq "Qarabağ" və "Qəbələ" komandaları matça itkilərlə çıxacaq.

Ağdam təmsilçisinin futbolçusu Rahil Məmmədovun zədəsi sağalmayıb.

26 yaşlı müdafiəçi müalicəsini davam etdirir. Bundan başqa "Qarabağ"da cəzalı Kevin Medina da oyunu buraxacaq.

"Qəbələ" isə iki futbolçusundan faydalana bilməyəcək. Cavid Hüseynov və Rafael Utriq sarı vərəqə limitini doldurduqları üçün meydana çıxmayacaqlar.

Qeyd edək ki, martın 2-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü saat 18:15-də başlanacaq.

Digər xəbərlər