AFFA-da iclas təxirə düşdü

AFFA-da iclas təxirə düşdü
Futbol, Eksklüziv
24 Fevral 2021 - 22:20

Supersport.Az-a daxil olan məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bu gün toplantı keçirmək istəyi alınmayıb. Buna səbəb avtomobillərin hərəkətinin iflic vəziyyətə düşməsi, qəzaların baş verməsidir. Yollara yağan qarın təmizlənməməsi, maşınlarla yanaşı piyadaların da gediş-gəlişinə mane olub. Texnika əvəzinə Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin işçiləri yollara çıxarılıb, səkilər təmizlədilib.


Hava şəraitinin dəyişkən olacağı, qarın yağacağı barədə bir neçə gün əvvəl məlumat verilmişdi.

AFFA-dakı keçirilməsi planlanlaşdırılan iclasa gəlincə, Hakimlər Komitəsində maliyyə pozuntusuyla bağlı icraçı vitse-prezident Elxan Məmmədovun İşçi Qrupundan hesabat tələb edəcəyi gözlənilirdi.


Xatırladaq ki, ötən il hakimlərlə yanaşı hakim-inspektorların da bank hesabına qonorardan əlavə qanunsuz olaraq külli miqdarda vəsait köçürüldüyü iddia olunub. Məsələylə əlaqədar E.Məmmədov araşdırma başladıb. Təxirə düşən toplantının nə vaxt keçiriləcəyi dəqiqləşməyib. 

Digər xəbərlər