“Qarabağ”a formaya görə cəza

“Qarabağ”a formaya görə cəza
Futbol
24 Fevral 2021 - 11:38
AFFA İntizam Komitəsinin iclası keçirilib.

Supersport.Az xəbər verir ki, toplantıda Premyer Liqanın XVI turunun oyunlarında qayda pozuntularına baxılıb.

“Sumqayıt”la oyunda “Qarabağ”ın futbolçusu Uroş Matiçin formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub.

“Keşlə” ilə görüşdə “Zirə”nin futbolçusu Dmitrios Çantakias “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu isə 1600 manat cərimələnib. “Neftçi” ilə qarşılaşmada  “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib. Həmin oyunda  “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Digər xəbərlər