AFFA-da təcili toplantı: Elxan Məmmədovun narahatçılığı

AFFA-da təcili toplantı: Elxan Məmmədovun narahatçılığı
Futbol, Eksklüziv
24 Fevral 2021 - 02:49

Supersport.Az, AFFA-dan Hakimlər Komitəsində maliyyə fırıldağı iddiası təkzib olunmasına baxmayaraq, araşdırmanı davam etdirir.


Ötən il hakimlərlə yanaşı hakim-inspektorların da bank hesabına qonorardan əlavə qanunsuz olaraq külli miqdarda vəsait köçürüldüyü də iddia olunub. 


Supersport.Az-ın əldə etdiyi digər məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün təcili toplantı keçirməyi planlaşdırıb. Məsələ burasındadır ki, maliyyə yeyintisi olmasından ehtiyatlanan qurum rəsmisi ciddi narahatdır. İşçi Qrupu qurmaqla araşdırma başladan icraçı vitse-prezidentin bununla bağlı bu gün keçirilməsi nəzərdə tutulan iclasda hesabat tələb edəcəyi bildirilir. İşçi Qrupunun 5 nəfərdən ibarət olduğu söylənilir.


Xatırladaq ki, İşçi Qrupuna, araşdırmaya rəhbərlik edən baş katibin müavini, AFFA-nın Lisenziya Komissiyasının sədri Sərxan Hacıyev maliyyə pozuntusu iddiası haqda saytımıza fikir bildirmək istəməyib. 


İcraçı vitse-prezident Elxan Məmmədova açıqlama almaq üçün zəng etsək də, telefona cavab verməyib.


Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla isə iddianın doğru olmadığını söyləyib.

Digər xəbərlər