Premyer Liqamızda sükut olacaq

Premyer Liqamızda sükut olacaq
Futbol
23 Fevral 2021 - 00:08
Azərbaycan Premyer Liqasının 17-ci turunda keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Supersport.Az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən belə məlumat verilib:

"Xocalı faciəsinin 29-cu il dönümü ilə əlaqədar olaraq Premyer Liqanın 25 fevral tarixində baş tutacaq bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Allah rəhmət eləsin".

Qarşılaşmalar fevralın 25-də oynanılacaq. Həmin gün "Zirə" "Neftçi"ni, "Qəbələ" "Sumqayıt"ı, "Sabah" "Keşlə"ni, "Qarabağ" isə "Səbail"i qəbul edəcək.

Digər xəbərlər