"Qarabağ"ın keçmiş futbolçusu Bakıda - Foto

"Qarabağ"ın keçmiş futbolçusu Bakıda - Foto
Futbol, Foto
20 Fevral 2021 - 21:19

"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli Bakıya gəlib.


Supersport.Az-ın məlumatına görə, o, səfər zamanı klubu ziyarət edib.




"Qarabağ"ın keçmiş oyunçusu ilə uşaq futbolu ilə bağlı potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.



Aqolli 2010-2019-cu illərdə Ağdam klubunda çıxış edib. 38 yaşlı futbolçu komandanın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan Kubokunu qazanıb. Albaniyalı müdafiəçi "Qarabağ"dan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçmişdi. O, hazırda Amerikada qurduğu uşaq futbol akademiyasında fəaliyyət göstərir.

Digər xəbərlər