"Qarabağ" xal itirdi, "Sabah" yenə uduzdu

"Qarabağ" xal itirdi, "Sabah" yenə uduzdu
Futbol
19 Fevral 2021 - 19:54
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Əvvəlcə "Səbail" doğma meydanda "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

Günün digər görüşündə isə son illərin dəyişməz çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ötən tur "Neftçi"yə 1:2 hesabı ilə uduzaraq liderliyi itirən Ağdam təmsilçisi bu dəfə də Sumqayıtda vacib xal itirib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 16-cı tur

19 fevral

18:00. "Sumqayıt" - "Qarabağ" - 0:0


Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu

16:00. "Səbail" - "Sabah" - 2:0


Qollar: Amil Yunanov, 17, 78

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov

20 fevral

16:00. "Keşlə" - "Zirə"

18:00. "Neftçi" - "Qəbələ"
















 









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Neftçi1593320-1630
2Qarabağ1686238-1330
3Zirə1566320-1624
4Sumqayıt1665520-2023
5Qəbələ1546515-2218
6Səbail1644817-2616
7Sabah16421016-2314
8Keşlə1534813-2313


 



Bombardirlər:

Mahir Emreli ("Qarabağ") - 11 qol
Namiq Ələsgərov ("Neftçi") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Davit Volkov ("Zirə") - 6 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol




 

Digər xəbərlər