Millimizdən bir addım irəli

Millimizdən bir addım irəli
Futbol
18 Fevral 2021 - 16:29
FIFA milli komandaların 2021-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan seçməsi bir pillə irəliləyib.

Komanda 1180 xalla 108-ci sırada qərarlaşıb.

Komandanın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci yerdədir. 1492 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi 1235 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.

1487 xala malik Türkiyə millisinin də mövqeyi dəyişməz qalıb və qonşu ölkə təmsilçisi 32-ci sıradadır.

Reytinqin ilk 3 pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.

Digər xəbərlər