UEFA-dan 125 min koronavirus testi

UEFA-dan 125 min koronavirus testi
Futbol
16 Fevral 2021 - 19:52
UEFA koronavirusla bağlı statistikanı açıqlayıb.

Supersport.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci il avqustun 15-dən 2021-ci il yanvarın 4-dək 12 turnirdə 1 028 oyun üçün 125 000 koronavirus testi gerçəkləşib.

Bunlardan 1 459-nun nəticəsi müsbət çıxıb. Çempionlar Liqası və Avropa Liqasında 62 493 testdən 691-i müsbət olub.

Millətlər Liqasında bu rəqəm 19 583-dürsə, yoluxanların sayı 173-ə bərabərdir.

 

Digər xəbərlər