Qurban Qurbanov: "Futbolçularımdan narazı qaldım" - Video

Qurban Qurbanov: "Futbolçularımdan narazı qaldım" - Video
Futbol, Video
13 Fevral 2021 - 21:41



Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarına cavab verib.


Supersport.Az xəbər verir ki, o, əvvəlcə məğlubiyyəti şərh edib.

- Samiri təbrik edirəm, çox vacib və lazım olan qalibiyyət əldə etdilər. Oyundan çox danışmağa ehtiyac yoxdur. Oyundansa, digər məqamlar daha maraqlı idi. Futbolçularımdan narazı qaldım. Çünki ikinci hissədə bizim qırmızı vərəqə almağımızı gözləyirdim. Bunun üzərində çox dayandım. Əfsuslar olsun ki, bu da oldu. Qırmızı vərəqədən sonra oyun nizam-intizamı pozuldu. “Neftçi”nin qırmızı vərəqə almasına qədər komandadan daha razı idim, nəinki sonra. Bəzən həqiqətən düşünmədiyimiz epizodlar olur. Oyunun gedişatında tam istədiyimizi etmək çətin olur. Düşünürəm ki, bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Düzünü deyim, hakim də inamlı qərarlar verdi. Bəzən hakim vərəqə verəndən sonra ona təzyiqlər çox olur və özünü itirir. “Neftçi” 9 nəfər qalanda da qırmızı vərəqə oldu və hakim də verdi. Diqqətimi çəkən hakimin inamlı qərarlar verməsidir. Və bundan razı qaldım. Bir neçə gün əvvəl Hakimlər Komitəsindən gəlmişdilər və belə epizodları göstərmişdilər. Bu gün də göstərilənlər hamısı oldu. Hələ qarşıda daha maraqlı oyunlar olacaq. Tez bir zamanda komandanı yaxşı hazırlayıb, digər oyunlara çıxmalıyıq. Kubok matçında da bəzi futbolçularda xırda zədələr olmuşdu. Hər iki komandaya uğurlar arzulayıram.

- Medinanın meydandan qovulması barədə nə deyə bilərsiniz?

- O epizoda yenidən mütləq baxacağam. Klub tərəfindən cəzası olacaq. Çünki komanda yoldaşlarını belə vəziyyətdə qoydu. Təcrübəli oyunçudur, belə epizodlarda diqqətli olmaq lazımdır. Futboldur, bəzən özünü saxlaya bilmirsən. Ancaq belə oyunlarda özünü düzgün idarə etməyi bacarmalısan.

- Digər məsələlər daha maraqlıdı dediniz. Futbolçuların oyuna köklənə bilməməsi, yoxsa hakimlikdən narazısınız?

- Ətraflı danışdım. Hakimlər Komitəsi 1 həftə əvvəl bizə seminar keçdi və məlumatlandırıcı videolar bu oyunda baş verdi. Bu baxımdan maraqlı oldu. Mən demədim ki, hakimdən narazıyam. Çox inamlı qərarlar verirdi. Mən ondan narazılıq bildirmədim.

- Sizcə, komandada futbolçuların sayı azdır?

- Zədələr, cəzalar olur. Heyətdən narazı deyiləm. Çempionatın sonuna kimi oynayacaq heyət var. Əsas heyət üçün bir neçə dəyişiklik olur. Ozobiç komanda ilə məşqlərə başlayacaq. Rahil yoxdur. Elvin Cəfərquliyev qayıdıb. Əlimizdə 20 futbolçu olur. Onlardan bəziləri məşqçi üçün əsas heyət sayılır. Yetərincə oyunçumuz var.

-  Maksim Medvedev əvvəlki kimi cinahda effektli deyil. Tural Bayramovun sol cinah müdafiəçisi mövqeyində çıxışı necədi?

- Maksim Medvedev kimi oyunçular da lazımdır. Elvin Cəfərquliyev və Tural Bayramov potensiallı uşaqlardır. Onlardan istifadə edəcəyik.



Digər xəbərlər