"Neftçi" liderliyə yüksəldi

"Neftçi" liderliyə yüksəldi
Futbol
13 Fevral 2021 - 20:44
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günü iki matç keçirilib. "Sumqayıt" doğma meydanda "Səbail"lə qarşılaşıb. "Gənclik şəhəri" təmsilçisi rəqibinə 3 cavabsız qolla qalib gəlib.

Günün ikinci oyunu maraqla gözlənilirdi. Belə ki, turun mərkəzi qarşılaşmasında- Azərbaycan derbisində "Qarabağ" "Neftçi"ni qəbul edib.  2:1 hesabı ilə qalib gələn "Neftçi" Ağdam təmsilçisini geridə qoyaraq liderliyə yüksəlib.

13 fevral (şənbə)

18:30. “Qarabağ” – “Neftçi” - 1:2
Qollar: 
Namiq Ələsgərov, 28 (0:1), Mahir Emreli, 58 (1:1), Namiq Ələsgərov, 75-pen (1:2)
Qırmızı vərəqələr: Ömər Buludov, 22 ("Neftçi"), Kevin Medina, 72 ("Qarabağ"), Mamadu Kane, 74-iki sarı vərəqə ("Neftçi"), Voyislav Stankoviç, 90+3-iki sarı vərəqə ("Neftçi")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu.


16:00. “Sumqayıt” – “Səbail” - 3:0
Qol:
 Murad Xaçayev, 25, Tellur Mütəllimov, 33, Əli Qurbani, 83-pen.
Qırmızı vərəqə: Peyman Keşavarzi, 55 ("Səbail"- ikinci sarı vərəqə), Kamran Ağayev, 90+5
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Kapital Bank Arena

14 fevral

15:00. “Qəbələ” – “Keşlə"
Hakimlər:
 Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
Qəbələ şəhər stadionu

17:00. “Zirə” – “Sabah”
Hakimlər:
 Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu






























































































NKlublarOQHMT-FX
1Neftçi1593320-1630
2Qarabağ1585238-1329
3Zirə1465318-1423
4Sumqayıt1564520-2022
5Qəbələ1436513-2215
6Səbail1534815-2613
7Keşlə1434713-2113
8Sabah1441914-1913


Bombardirlər:

Mahir Emreli ("Qarabağ") - 11 qol
Namiq Ələsgərov ("Neftçi") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol

Digər xəbərlər