“Qarabağ”la imkan verdiyi qədər oynamaq mümkündür”

“Qarabağ”la imkan verdiyi qədər oynamaq mümkündür”
Futbol
06 Fevral 2021 - 18:06
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından (0:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, 41 yaşlı çalışdırıcı məğlubiyyəti şərh edib:

“Oyunun bizim üçün çətin olacağını bilirdik. Evdə oynamağımıza baxmayaraq, çempionatın lideri olan “Qarabağ”la qarşılaşırdıq. Bu komandaya qarşı “Qarabağ” imkan verdiyi qədər oynamaq mümkündür. İlk oyun daha dinamik keçmişdi. Görünür ki, rəqib bu oyuna daha ciddi hazırlaşmışdı. “Qarabağ” bizə hücum etməyə imkan vermirdi. Rəqib meydanın bizə aid hissəsində pressinq edirdi. Bu pressindən çıxmaq çətin idi. “Qarabağ” cütün favoriti idi. Rəqib layiqli qələbə qazandı və növbəti mərhələyə adladı”.

Digər xəbərlər