Azərbaycana Salam göndərdi, gələcəyini dedi - Mesut Özil - Video

Azərbaycana Salam göndərdi, gələcəyini dedi - Mesut Özil - Video
Futbol, Video
30 Yanvar 2021 - 00:52


Türkiyə klubunun 32 yaşlı yarımmüdafiəçisi Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.





"Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".

Supersport.Az xəbər verir ki, "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində belə deyib.

Məşhur futbolçu İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedib oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport"dan jurnalist Elçin Cəfərovun sualına cavab olaraq Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.


 

Digər xəbərlər