"Fənərbağça" Özillə müqavilə imzaladı

"Fənərbağça" Özillə müqavilə imzaladı
Futbol
24 Yanvar 2021 - 20:27
"Fənərbağça" yeni transferi Mesut Özillə müqavilə imzalayıb.

Supersport.Az kluba istinadən xəbər verir ki, 32 yaşlı yarımmüddafiəçi əvvəlcədən məlum olduğu kimi 3.5 illik sözləşməyə qol çəkib. O, imza mərasimindən sonra komandası ilə məşqə çıxıb.

Türkiyə mətbuatı Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazanacağı xəbərini yayıb.
Xatırladaq ki, türk əsilli almaniyalı futbolçus son olaraq "Arsenal"da çıxış edib. O, "Fənərbağça"ya azad agent statusu ilə keçib.

Digər xəbərlər