Supersport.Az-a daxil olan məlumata görə, “Keşlə”nin premyer liqada uğursuz çıxışı klub rəhbəri Zaur Axundovu qəzəbləndirib. Yunis Hüseynovun çalışdırdığı paytaxt təmsilçisi 8 komandalı çempionatda 14 turdan sonra 7-cidir. “Sumqayıt”la qarşılaşmada da məğlubiyyətlə üzləşən “Keşlə”nin rəhbərliyi təcili toplantı keçirib. Klub başçısı Zaur Axundov baş məşqçi Yunis Hüseynovla görüşdə qəti tələbini bildirib. O, “Keşlə”nin qarşıdakı turda “Qəbələ”ni məğlub etməsinin vacibliyini qeyd edərək, xal itkisi olacağı təqdirdə, çalışdırıcıyla yolların ayrılacağını diqqətə çatdırıb. Oyun fevralın 14-də Qəbələdə keçiriləcək.
