Qurban Qurbanov Allahverdi Bağırovun qəhrəmanlığından danışdı

Qurban Qurbanov Allahverdi Bağırovun qəhrəmanlığından danışdı
Futbol
08 Yanvar 2021 - 18:32
"Ayaks"ın vəziyyətində olmaq istərdik. Orada rəhbərlik idmanla siyasətin ayrı olduğunu deyə bilər. Bizdə isə bu, mümkün deyil".

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Niderlandın "de volkskrant" nəşrinə açıqlamasında belə deyib.

Ağdam klubunun tarixi barədə danışan 49 yaşlı mütəxəssis, komandanın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovun Birinci Qarabağ müharibəsindəki şücaətindən bəhs edib:

"O, klubun simvolu və düşmənə qarşı mübarizənin liderlərindən idi. Həmçinin, yarımmüdafiəçimiz Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb".

Q.Qurbanov "Qarabağ"ın hazırda Azərbaycanın ən populyar komanası olduğunu bildirib:

"Müharibədən sonra "Qarabağ" azarkeşlərinin əksəriyyəti məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində yaşayırlar.

Bu səbəbdən də Bakıda matçlarımızda tribunalarda 3 mindən çox azarkeşimiz olmur. Buna baxmayaraq, "Qarabağ" ölkənin ən populyar klubudur".

Digər xəbərlər