Qarabağda 191 futbol adamı şəhid olub

Qarabağda 191 futbol adamı şəhid olub
Futbol
07 Yanvar 2021 - 15:53
AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Supersport.Az milli assosiasiyaya istinadən xəbər verir ki, onlardan 190 nəfəri oyunçu, biri isə məşqçi kimi sistemdə qeydiyyatda olub. Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.

2009-cu ildən bu günədək 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.

Şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Digər xəbərlər