“Traktor” qitədə birinci oldu

“Traktor” qitədə birinci oldu
Futbol
02 Yanvar 2021 - 17:35
Supersport.Az-ın məlumatına görə, “Traktor” Asiya qitəsinin ən populyar, ən çox azarkeşi olan klubu seçilib.

Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi müvafiq sorğuda Təbriz təmsilçisi birinci yeri tutub.

AFC-nin rəsmi saytında ötən həftə başlayan sorğuda “Traktor” səslərin 50.85 faizini qazanıb.

Güney Azərbaycan klubundan sonrakı yerləri İodoniyanın “Əlvəhdət”, Suriyanın “Əl İttihad”, Malayziyannın “Persika”, İranın “Perspolis”, İndoneziyanın “Cövgər-i Daruttazim”, Çinin ”Şenheva Çin”, Cənubi Koreyanın “Sun Samsunq” komandaları tutublar.

Bundan əvvəl, dekabrın 20-də AFC-nin Mərkəzi və Cənub Şərqi Asiya bölgələri üzrə keçirdiyi sorğuda da “Traktor” birinci olmuşdu.

Digər xəbərlər