“Ayaks”ın keçmiş futbolçusu “Qarabağ”a gəlir

“Ayaks”ın keçmiş futbolçusu “Qarabağ”a gəlir
Futbol
31 Dekabr 2020 - 20:10
“Dənizlispor”dan ayrılan İsmail Aisatti karyerasını “Qarabağ”da davam etdirə bilər.

Supersport.Az-ın məlumatına görə, mərakeşli futbolçunun hazırda qiyməti 400 min avrodur.

2005-2008-ci illərdə formasını geyindiyi Niderlandın gənclər yığmasında 17 oyuna 1 qol vurub, daha sonra Mərakeşin əsas millisində 2 matça çıxıb.

 

O, təktərəfli qaydada müqaviləyə xitam verib. 32 yaşlı futbolçunun Superliqa klubundan ayrılmasının səbəbi borclarını ala bilməməsidir.

PSV-nin yetirməsi olan Aisatti karyerası ərzində “Tvente”, “Ayaks”, “Vitess”, “Antalyaspor”, “Terek”, “Alanyaspor” və “Balıkəsirspor”da da forma geyinib. O, 2018-ci ildən “Dənizlispor”un uğurları üçün mübarizə aparırdı.

 

Digər xəbərlər