“Qəbələ”yə “yanğınsöndürən” də ziyan verdi

“Qəbələ”yə “yanğınsöndürən” də ziyan verdi
Futbol
26 Dekabr 2020 - 01:41
AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda premyer-liqanın 12-ci, birinci divizionun 11-ci turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub. Komitə cəmi 2 oyunla bağlı sanksiyalar tətbiq edib.
“Qəbələ” – “Qarabağ” oyunundan öncə yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib ki, meydan sahibi klub buna görə 400 manat cərimələnib. Həmçinin Qəbələ təmsilçisinin futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.
MOİK – “Neftçi-2” görüşündə isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan “hərbçilər” 80 manat cərimə olunub. Beləliklə, klublara ümumilikdə 680 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 37 min 520 manata çatıb.

Digər xəbərlər